İstehlak krediti götürmək üçün bu məlumatları mütləq bilməlisiniz

Xəyal edilən həyata çatmaq üçün insanlar müxtəlif yollar seçir. Bəziləri gecə-gündüz çalışır, bəziləri daim öyrənir, digərləri isə gələcək üçün yeni biznes planları qurur… Bu və oxşar məqsədlərə çatmaq üçün bəzən maliyyə dəstəyinə ehtiyac yaranır. Bu zaman isə istehlak krediti dəryada üzən qızıl balıq kimi ortaya çıxır. Həmin balıq bir çox arzularımızı gerçəkləşdirmək üçün bizimlə yol yoldaşı olur. Bəs onu necə tapa və ondan necə yararlana bilərik?
İstehlak krediti nədir?
“İstehlak krediti nedir?” sualının cavabı hər kəs üçün fərqlidir. Çünki ölkəmizdə demək olar gündəlik ehtiyaclardan tutmuş bir çox işlərimizi qaydaya salmağa qədər bu məhsuldan geniş istifadə olunur. Borcalanlar istehlak krediti məhsulunu nağd pul krediti kimi də adlandırır. Səyahət etmək, avtomobil almaq, yeni məhsullar almaq, tibbi xərcləri qarşılamaq kimi bir çox məqsədlər üçün əldə olunur. 1-3 aydan başlayaraq müxtəlif müddətlərə qədər əldə etmək mümkündür. Adətən kreditin məbləğinə uyğun müddət təyin edilir. Borcverən şirkətə görə kreditin məbləğinin üzərinə faizlər və komissiyalar hesablanır. Bu o deməkdir ki, ehtiyac olan məbləği istədiyiniz müddətə qədər borc götürə bilirsiniz. Təbii ki burada sizin maliyyə məlumatlarınız əsasında minimum və maksimum zaman və kredit məbləği limiti tətbiq ediləcəkdir.
Bankdan nağd kredit götürməyin üstünlükləri
İstehlak kreditləri hansısa dostunuzdan borc pul götürməyə bənzəyir. Ehtiyacınız olan məbləği alırsınız və hissə-hissə geri ödəyirsiniz. Doğrudur ki, dostlarınızdan fərqli olaraq burada əlavə faiz və komissiya da hesablanır. Ancaq bankdan kredit götürməyin bir çox üstünlükləri var. Məsələn, banklardan asılı olaraq kreditin aylıq ödənişinin ödənməsi üçün güzəşt müddəti 60-70 günə qədər ola bilir. Ümumi krediti geri ödəmək müddəti isə olduqca uzun zamana qədər seçilə bilir. Bundan başqa, sizin ehtiyacınız miqdarda borc pulu ən tez elə bankda tapacaqsınız.
Ən aşağı faizli kreditləri necə tapmaq olar?
İstehlak krediti faizləri banklardan asılı olaraq dəyişir. Hazırda ölkəmizdə banklar müştərilərə minimum 9%-10%-dən başlayaraq nağd kredit götürmək imkanı yaradır. Bankların veb-saytında yer alan istehlak krediti kalkulyatoru ilə kredit götürəcəyiniz zamana və məbləğə görə bu faiz dərəcəsini daha dəqiq hesablamaq olar.
İstehlak krediti götürmək üçün yaş həddi varmı?
Ölkəmizdə bütün kredit növləri üçün aşağı və yuxarı yaş həddi tətbiq olunur. Aşağı yaş həddi meyarı qanunvericiliyimizə uyğun olaraq 18 yaşdan başlayır. Ancaq bəzi banklarda bu hədd 21 yaşdan götürülür. Yuxarı yaş həddi isə banklardan asılı olaraq, dəyişir və hər hansısa limit yoxdur.
İstehlak kreditinin hansı riskləri var?
Əgər “İstehlak krediti nedir?” sualına cavabınız hazırdısa, o zaman bu kreditin riskli tərəflərinə göz gəzdirməkdə də fayda var. Hesablamalar apararaq və şərtləri düzgün dəyərləndirərək kredit götürmüsünüzsə, növbəti mərhələdə sizi kreditinizi düzgün idarə etmək öhdəliyi gözləyir. Bunun üçün aylıq ödənişləri vaxtlı-vaxtında ödəmək vacibdir. Müxtəlif tətbiqlərdən istifadə edərək özünüz üçün kredit ödəniş təqvimi hazırlamaq və bildirişləri aktivləşdirmək faydalı olacaqdır. Çünki ödənişlər gecikdikdə əlavə faizlər və komissiyalar hesablanır. Bu, sizin həm də kredit tarixçənizin pisləşməsinə gətirib çıxarır. Kreditiniz fərqli valyutadadırsa, bu barədə ən son xəbərləri də mütləq şəkildə izləyin.
Əlavə faiz və xərclərsiz istehlak krediti götürmək üsulu varmı?
Nağd kreditlərlə istədiyimiz bir çox işləri həll etmək mümkündür. Çünki bu cür kreditlər qısa müddətdə nağd vəsait əldə etməyə imkan yaradır. Əlavə xərclərsiz istehlak krediti götürmək üçün isə ümumi kredit şərtlərini istehlak krediti kalkulyatoru ilə hesablamaq məsləhətlidir. Bu zaman ən sərfəli bank kreditlərini müqayisə etmək mümkündür. Çünki əldə etmək istədiyiniz kreditin məbləğini və müddətini seçdikdə kalkulyator avtomatik şəkildə uyğun kredit faizini hesablayaraq təqdim edir. Həmçinin aylıq ödənişlərinizi və ümumi kreditin məbləğini görə bilirsiniz. Bu zaman sizin üçün ən uyğun olan istehlak kreditləri üzrə siyahı hazırlamaq və onlayn kredit sifarişləri edə bilərsiniz.
Kreditinizi xəyallarınıza, xəyallarınızı həyatınıza çevirin!
Maddi çətinlikləri aradan qaldırmaq, yeni planları və arzularınızı gerçəkləşdirmək üçün doğru vaxtı qaçırmayın. İstehlak krediti götürməklə addımlarınız daha planlı və düzgün istiqamətli olacaq. Üstəlik indi kredit sifarişi onlayn şəkildə saniyələr ərzində baş verir. Kreditinizi xəyallarınıza, xəyallarınızı həyatınıza çevirin!
Ən çox oxunan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür