Cibdə varsa, pul… Demək olar hər gün dilimizin ucunda olan bu mahnı sözlərindəki pulumuz indi bank kartlarımızda var olur. Üstəlik həm manat, həm dollar, həm də avro valyutasında olan bütün pullarımızı fərqli-fərqli bank kartlarında saxlamaq mümkündür. Bunlardan biri də debet kartlarıdır ki, pulumuz cibimizdən çox elə onda qalsa, daha bərəkətli olur. Niyəsini birlikdə kəşf edək.

Debet kart nədir? 

Debet kart bank hesabınıza birbaşa bağlı olan və balansı birbaşa sizin vasitənizlə artırıla bilən kartdır. Debet kartları həm fiziki kart ödənişlərində, həm də onlayn alış-verişdə rahatlıqla istifadə olunur. Əlavə olaraq, bankomatlardan pul çıxarmaq, hesabınıza pul yatırmaq, mobil bankçılıq tətbiqləri ilə vəsait köçürmək və xərcləri izləmək kimi əməliyyatları həyata keçirməyə imkan verir. Kartın balansını sərbəst şəkildə həm onlayn, həm ödəniş terminalları vasitəsilə artırmaq mümkündür. Bu kart vasitəsilə etdiyiniz xərclər birbaşa sizin hesabınızdakı balansdan çıxılır. Yəni yalnız hesabınızdakı qədər vəsait xərcləyə bilərsiniz və bu baxımdan kredit kartlarından fərqlənir. Çünki burada banka borclanmaq və ya faiz ödəmək məsələsi yoxdur. Sözügedən kartlar həm rəqəsal formatda, həm də plastik kart formatında mövcuddur. 

Debet kart almaq hansı üstünlüklər vəd edir?

Debet kart həyatımızın ən dəyərli parçalarından birinə çevrilib. Çünki debet kartlar ilə rahatlıqla borc, cərimə, kommunal xərclər, alış-veriş işləri kimi ödənişləri, pul köçürmələrini həyata keçirir və bir çox işləri həll edirsiniz. Bütün bunların hamısını debet karti aldığınız bankın mobil tətbiqi vasitəsilə həyata keçirə bilərsiniz. Bu bizim üçün üzərimizdə fiziki pul daşımaq öhdəliyini aradan qaldırır, pul itirməyin, bəzi ödənişlər üçün növbələrdə gözləməyin və böyük məsafələr qət etməyin qarşısını alır. Üstəlik banklar bu kartlar vasitəsilə ödəniş edərkən əlavə bonuslar, keşbeklər qazanmaq imkanı da yaradır. Həmçinin zaman-zaman Mastercard debet kartı, yaxud VİSA debet karti ilə edilən ödəniş çekləri arasında da lotoreyalar keçirilir. Bundan başqa, banklarda pulsuz debet kart sifarisi də mümkündür ki, bu, hər kəsin bank kartı əldə etməsinə şərait yaradır.

Debet kartlar Apple Pay və Google Pay-ə necə qoşulur?

Debet kartı Apple Pay və Google Pay-ə qoşmaqla telefon və ya ağıllı saatlarınızla sürətli və təhlükəsiz ödənişlər etmək mümkündür. Apple istifadəçiləri “Wallet” tətbiqinə daxil olub "+" düyməsi ilə kart məlumatlarını əlavə edirlər və bankın göndərdiyi təsdiqlə aktivləşdirirlər. Android istifadəçiləri isə “Google Wallet” və ya “Google Pay” tətbiqindən istifadə edərək eyni prosesi həyata keçirirlər. Kart əlavə edildikdən sonra cihazı sadəcə ödəniş terminalına yaxınlaşdırmaqla ödəniş etmək mümkündür. Cihazda NFC funksiyası aktiv olmalı və debet kartlar bu kimi ödənişləri həyata keçirməyə uyğun olmalıdır.

Debet kart sifarisi necə həyata keçirilir?

Hazırda debet kart sifarisi online və ənənəvi formada həyata keçirilir. Bunun üçün bankların veb-saytına, mobil tətbiqinə daxil ola, yaxud bank filallarına yaxınlaşa bilərsiniz. Əsasən şəxsiyyət vəsiqənizi və əlaqə vasitənizi təqdim etmək kifayətdir. Hazırda ən rahat yol kartı bankların mobil tətbiqləri vaistəsilə onlayn sifariş etməkdir.

Debet kartın balansı necə artırılır?  

Debet kartın balansını artırmaq üçün bankomatdan hesaba nağd vəsait yatırmaq, bank filialında kassaya müraciət etmək və ya onlayn bankçılıq vasitəsilə digər hesablardan pul köçürmək üsullarından istifadə edə bilərsiniz.

Debet kartınızla alış-veriş edin, xərclərinizi bir toxunuşla idarə edin!

Müasir dövrdə istənilən xidmətlərdən yararlanmaq üçün rahatlıq, təhlükəsizlik və əlçatanlıq dəbdədir. Elə sizin istifadə etdiyiniz debet kartlar da bu üç xüsusiyyəti özündə birləşdirdiyinə görə günümüzün ən dəbli bank məhsuludur. Çünki cibimizdə nağd pul daşımağa ehtiyac qalmır. Bir kartla həm alış-veriş edə, həm xərclərinizə nəzarət edə, həm də əlavə xidmətlərdən saniyələr ərzində faydalana bilirsiniz. Elə indi ən sevimli bankınızdan debet kart sifarisi edin və pulunuzu xərcləməkdən və idarə etməkdən zövq alın.