Deyirlər, hər dəqiqənin öz hökmü var. Banklar isə deyir ki, hər dəqiqənizin hökmündə pul qazanmaq fürsətləri var. Pul qazanmaq deyəndə söhbət bu dəfə kreditlərdən gedir. Kreditə pul götürmək nə qədər qazanclı ola bilər? deyə düşünürsünüzsə, gəlin online kredit barədə söhbət açaq. 

Online kredit nedir?

Online kreditlər bank və ya kredit təşkilatına fiziki ziyarət etmədən, internet üzərindən edilən kredit müraciətidir. Onlayn kreditlər həm sürətli, həm də əlçatan olması ilə seçilir. Müraciət zamanı əsasən sadəcə şəxsiyyət və maliyyə məlumatlarını daxil etmək kifayətdir. Onlayn kredit əldə edərkən, kreditin məbləğində, faizində və müddətində bir qədər fərqli şərtlər tətbiq edilə bilər. Məsələn, istehlak kreditinin onlayn əldə olunacağı təqdirdə maksimum məbləğə müəyyən limit tətbiq edilə bilər. Ancaq kreditin müəyyən olunmuş tarixdə geri ödənilməsi şərti ənənəvi kreditlərdə olduğu kimidir. Əlavə faiz ödəməmək üçün ödənişləri gecikdirməmək vacib nüanslardandır.

Online kredit alın, qazancınız bol olsun!

Kredit online formada götürüldükdə ilk növbədə sizə zaman qazandırır. Növbələrdə gözləmirsiniz, sənəd toplamağa vaxtınız getmir, enerjinizi və xərclərinizi qoruyursunuz. Həmçinin online kredit almaq dəqiqələr ərzində istənilən qədər bankların kredit məhsullarını müqayisə edib, şərtləri uyğun olan krediti seçmək deməkdir. Seçiminizi daha da dəqiqləşdirmək üçün isə banklar tərəfindən müştərilərə onlayn kredit kalkulyatorları təqdim olunur. Bu, isə hesablama aparmağınıza kömək edir. 

Hansı kreditləri onlayn əldə etmək olar?

Online kredit sifarişi son illərdə həm kredit təşkilatları, həm də müştərilər üçün böyük rahatlıq yaradıb. Demək olar ki, bütün növ kredit məhsullarını filiallara getmədən, sadəcə onlayn müraciətlə əldə etmək mümkündür. Siyahı istehlak kreditlərdən tutmuş avtokreditlər, mikrokreditlər, təhsil, ipoteka kreditlərinə qədər genişdir. Növdən asılı olaraq, məbləğ birbaşa hesabınıza da köçürülə bilər, yaxud sadəcə digər prosedurlar üçün filiala yaxınlaşmağınız da tələb oluna bilər. Məsələn, əldə etmək istədiyiniz nağd kreditlər üçün hər zaman filiala gəlmək tələb olunmur. Amma ipoteka kreditini onlayn sifariş etmisinizsə, növbəti prosedurlar üçün banka gəlməyiniz tələb olunacaqdır. Kredit online əldə edildikdə həm bir çox mərhələləri artıq onlayn şəkildə həyata keçirmiş olursunuz. Həmçinin əlavə məlumatları elə evinizdə olaraq əldə edə bilərsiz ki, ondan sonra ipoteka kreditinizi tamamilə rəsmiləşdirmək üçün qərar verməyiniz asanlaşır.

Online kredit götürmək üçün addım-addım təlimat

Online kredit goturmek üçün ilk olaraq hansı kredit təşkilatından borc götürəcəyinizi dəqiqləşdirməyiniz vacibdir. Müxtəlif bankların təklif etdiyi faiz dərəcələri, kredit məbləğləri, kredit ödəniş müddətlərini və s. müqayisə edərək ən uyğun şərtləri müəyyənləşdirirsiniz. Daha sonra müvafiq bankın rəsmi veb-saytına və ya mobil tətbiqinə daxil olaraq kredit müraciəti bölməsinə keçid edirsiniz. Burada kredit növü və istədiyiniz məbləği qeyd edirsiniz. Daha sonra şəxsi və maliyyə məlumatları (məsələn, şəxsiyyət vəsiqəsi məlumatları, gəlir mənbəyi, iş yeri haqqında məlumatlar və s.) daxil etməyiniz tələb olunacaq. Müraciət formasını təsdiqləyərək göndərirsiniz. Bir-iki gün ərzində kredit təşkilatının əməkdaşları sizinlə əlaqə saxlayacaq və sizə uyğun kredit şərtləri barədə məlumat təqdim edəcək. Sizə uyğun olduğu halda təsdiqləyirsiniz və kreditin hesabınıza köçürülməsi mərhələsinə başlayırsınız. Bundan sonrakı mərhələlər də istədiyinizdən asılı olaraq, onlayn formada davam edə bilər. Günümüzdə demək olar hər kəs online kredit almaq xidmətindən yararlanır və məbləğ də elə onlayn şəkildə hesaba köçürülür.

Kredit online götürün, güzəşt və endirimləri qaçırmayın!

Təsəvvür edək ki, həll etməli oduğunuz işləriniz üçün istehlak kreditinə ehtiyac var. Bir neçə bankla maraqlanmısınız və hər birində şərtlər eynidir, yaxud təkliflərdə çox cuzi fərqlər var. Burada eyni krediti onlayn sifariş etsəniz, hər hansısa  güzəştlərin olub-olmadığını araşdırmağınız faydalıdır. Çünki əksər hallarda banklarda online kredit götürmək istəyən müştərilər üçün faiz endirimləri və ya digər güzəştlər tətbiq edilir. Bu endirimlər bəzən veb-sayt üzərindən müraciətlər, bəzən isə bankın mobil tətbiqi üzərindən edilən müraciətlər üçün kateqoriyalaşdırılır. Beləliklə, online kredit əldə edərək ən sərfəli şərtlərlə borc pul götürmüş olacaqsınız.

Planlarınızı, arzularınızı və xərclərinizi bir addımda onlayn həll edin!

İstər təcili xərclərinizi qarşılamaq, istər yeni planları həyata keçirməyə başlamaq, istərsə də uzun zamandır planladığınız hədəflərinizi reallaşdırmaq olsun, online kredit sizin əvəzinizdən bütün xərclərinizi qarşılayan maliyyə dostunuza çevriləcək. Unutmayın ki, hər böyük dəyişiklik kiçik addımlarla başlayır. Xərclərinizi, planlarınızı, hədəflərinizi sonraya saxlamayın, elə bu gündən onları maliyyələşdirməyə başlayın. Onlayn kredit əldə edərək həyatınızdakı müsbət dəyişikliklərin sayını artırın.