Ehtiyac kediti ilə alış-veriş edin, sürətli ödəyin və vaxtınıza qənaət edin!

İnsanlar tarix boyu həyat amallarını müxtəlif məqsədlərə və hədəflərə bağlayıb. Bu isə həyatdan zövq almaq və xoşbəxt olmaq üçün güclü motivasiyadır. Məqsədlər arasında gəzib-dolaşan bir anlayış var ki, ömrümüz boyu bizə kölgə kimi yaxın olur: qazanmaq. Sevgi qazanmaq, dost qazanmaq, uğur qazanmaq, pul qazanmaq və s. Gəlin bu gün pul qazanmaqdan daha çox puldan pul qazanmaqdan danışaq. Ağlınıza gələn ilk sualın cavabına isə bu, nə üçün qazanmaq istədiyinizdən asılıdır deyə bilərik.
Ehtiyaclarınız üçün pul qazanın
Pul qazanmaq həmişə saatlarla işləyib əməkhaqqı almaqdan ibarət deyil. Bir gün sevimli hobbinizi öz brendinizə çevirmək, evinizi qonaq evinə çevirmək, yetişdirdiyiniz meyvə-tərəvəzi satmaq, özünüzə yeni avadanlıq, cihaz almaq üçün yuxudan oyanacaqsınız. Yaxud təcili həll etməli olduğunuz işlər, avtomobilin təkərlərini dəyişmək, tibbi xərcləri qarşılamaq, evi təmir etmək lazım olacaq. Bu kimi hallarda işlərə kreditlərdən pul və dəyər qazanmaqdan başlaya bilərsiniz. Ehtiyac krediti ən optimal variantlardan olacaq. Çünki ehtiyac kreditləri sizə lazım olacaq pul vəsaitlərini daha rahat və sürətli əldə etməyiniz deməkdir. Banklarda hər bir müştərinin ehtiyacına uyğun kredit təklif olunur. Buraya ev təmiri etmək istəyənlərdən tutmuş avtomobil almaq istəyənlərə qədər hər kəs daxildir. Ona görə də bu kreditin adını həm də istehlak krediti, nağd kredit, online kredit də adlandırırlar.
Necə əldə etmək olar?
Ehtiyac kreditlərini bank filiallarına yaxınlaşaraq və online kredit sifarişi edərək əldə etmək mümkündür. Hər iki halda sizə lazım olan pulun miqdarını, krediti götürmək istədiyiniz müddəti və tələb olunan şəxsi məlumatlarınızı təqdim edirsiniz. Onlayn ehtiyac krediti online kredit kalkulyatoru vasitəsilə hesablama aparmağınıza da şərait yaradır. Həmçinin bu alətlə kreditinizin aylıq və ümumi ödənişlərini hesablayıb, sərfəli bank kreditini həm banka yaxınlaşmazdan öncə, həm onlayn sifarişdən öncə seçə bilərsiniz. Çünki bütün bank kredit kalkulyatorları müştərilərin ixtiyarındadır.
Məbləğ nə qədər olur?
Nağd kredit, yaxud kredit kartı əldə etmək məqsədlərinizdən asılı olaraq, məbləğlər fərqli olur. Adətən kredit kartları 500 manatdan başlayan məbləğlərdə təyin olunur. Nağd kreditlər isə istənilən məbləğlərdə əldə oluna bilər. Bu kredit məbləğindən, müddətindən və müştərinin kredit tarixçəsindən asılı olaraq, dəyişir.
Kimlər ehtiyac kreditlərini ala bilər?
Ölkəmizdə hər kəs müxtəlif məqsədlər üçün istehlak krediti yaxud nağd kredit əldə edə bilər. Buraya rəsmi gəliri olan, olmayan (zamin, girov təqdim etməklə), rayonlarda yaşayan, fiziki və hüquqi şəxslər, bir sözlə hamı daxildir. Ancaq bəzi vacib şərtlərin də tələb olunması mümkündür. Məsələn, bütün banklar üçün borcalanların 18 yaşdan yuxarı olması mütləqdir. Bəzi banklarda isə bu tələb 21 yaşdan yuxarı götürülə bilər.
Faizsiz ehtiyac krediti harada var?
Faizsiz ehtiyac krediti əldə etmək üçün bankların kampaniyalarını yaxından izləmək faydalı olar. Bəzən banklar ilk müştərilərinə, yaxud təkrar müştərilərə ilk aylar üçün faizsiz və ya komissiyasız nağd kredit kampaniyaları təqdim edir. Məsələn, bəzi hallarda ilk 1-3 ay faizsiz, yalnız əsas məbləğin ödənişini etmək təklif oluna bilər. Bundan başqa, taksit kartları faizsiz kredit imkanları təqdim edir ki, alış-veriş işlərinizi hissəli ödəniş ilə həyata keçirə və üstəlik əlavə faiz ödəməyə bilərsiniz. Demək olar bütün bankların faizsiz taksit kartları mövcuddur.
Ehtiyac krediti ilə işlərinizi sürətli həll edin
Əgər siz də vacib işlərinizi pul çatışmazlığı səbəbindən təxirə salırsınızsa, ehtiyac krediti bu kimi işlərinizi yoluna qoya bilər. Beləliklə, sözügedən kredit növü təmir, müalicə, övladınızın təhsili və ya digər şəxsi ehtiyaclarınız, planlarınız üçün sürətli və əlçatan maliyyə dəstəyi verir. Ehtiyac kreditləri təkcə çətinlikləri aradan qaldırmaq üçün deyil, hətta həyatınızda yeni səhifələr açmaq üçün də ideal seçiminiz olacaq. Odur ki ehtiyaclarınıza uyğun krediti əldə edin və işlərinizi daha sürətli həll edin.
Ən çox oxunan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür