İpoteka krediti ilə arzularınızda yaşadığınız evə sahib olun!

Bu gün arzuladığınız evi, mənzili, obyekti satın almaq üçün sizcə də ən yaxşı gün deyilmi? Əslində hər açılan sabah bu addımı atmaq üçün bir şans olsa da, cavab verməyə tərəddüd edə bilərsiniz. Səbəbləriniz müxtəlif ola bilər, ancaq maneə yaradan səbəblər demək olar ki, ortaqdır. Çünki ehtiyac olan pulu tapmaq həmişə rahat olmur. Ancaq istənilən daşınmaz əmlakı satın alaraq zamanla hissə-hissə rahatlıqla ödəməyin yolu var. Həm maliyyə yükü azalır, həm də arzular qapının kənarında gözləmir. Söhbət daşınmaz əmlak üçün borc götürməyə imkan yaradan ipoteka krediti məhsulundan gedir.
İpoteka krediti nədir? Haradan əldə olunur?
İpoteka kreditləri müxtəlif növ daşınmaz əmlak obyektlərini hissəli ödəniş imkanları ilə satın almağa imkan verən uzunmüddətli bank kreditidir. Bu kredit növündə alınan əmlak girov kimi çıxış edir, yəni kredit tam ödənilənədək bankın təminatı hesab olunur. Ödənişlər borcalan tərəfindən tamamlandıqdan sonra isə borcalan əmlakın sahibinə çevrilir. Bu kredit məhsulunun borcverən qurumlardan asılı olaraq, fərqli şərtləri və əldə olunma formaları mövcuddur. Ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu və banklar vasitəsilə daşınmaz əmlak kreditlərini əldə etmək mümkündür.
İpoteka şərtləri necə dəyişir? Bank ipoteka sertleri
Azərbaycanda ipoteka kreditləri iki əsas kateqoriya üzrə təklif olunur: adi ipoteka krediti və güzəştli ipoteka krediti. Hər iki kateqoriyaya daxil olan kreditləri həm Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə, həm də kommersiya bankları tərəfindən əldə etmək mümkündür. Adi ipoteka kreditləri 8%-10%-dən başlayaraq, güzəştli ipoteka kreditləri isə 4%-dən başlayaraq təklif olunur. Kredit müraciəti zamanı borcalandan şəxsiyyət vəsiqəsi, rəsmi gəlir sənədi, ipotekaya qoyulacaq əmlaka dair sənədlər və bəzi hallarda zaminlik tələb edilir. Bundan başqa, ipoteka sertleri üzrə müştərinin kredit tarixçəsi də qiymətləndirilir.
Güzəştli ipoteka kimlərə verilir?
Daha əlçatan mənzil sahibi olmaq imkanı yaratmaq məqsədilə 4%-li güzəştli ipoteka kreditləri müəyyən sosial təbəqələrə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunur. Bu kreditlər dövlət dəstəyi ilə verildiyindən, daha aşağı faiz dərəcəsi və ilkin ödənişlə fərqlənir. Güzəştli ipoteka kreditlərindən gənc ailələr, dövlət qulluqçuları, müəllimlər, hərbi qulluqçular, şəhid ailələri və müharibə əlilləri və s. kimi şəxslər yararlana bilər. Bundan əlavə, bəzi kommersiya bankları da daxili resursları hesabına sosial yönümlü ipoteka proqramları təqdim edirlər. Bu proqramlar dövlət proqramından fərqli olaraq bankın şərtlərinə əsaslanır, lakin müəyyən müştəri kateqoriyalarına endirimli faiz və ödəniş imkanları təqdim oluna bilər. Beləliklə, güzəştli daşınmaz əmlak kreditləri xüsusilə gənc, həssas təbəqə və dövlət sektorunda çalışan şəxslər üçün mənzil sahibi olmağa fürsət yaradır.
Ən sərfəli ipoteka kreditini necə tapmaq olar?
Ən sərfəli ipoteka kreditini tapmaq üçün təkcə faiz dərəcəsinə baxmaq kifayət etmir. Kreditin ümumi dəyərinə təsir edən digər bir çox ipoteka şərtləri də mövcuddur. İlk növbədə bankların təqdim etdiyi illik faiz göstəricilərindən əlavə, illik faktiki faiz dərəcəsini nəzərə almaq vacibdir. Bu göstərici xidmət haqları, sığorta ödənişləri, komissiyalar kimi əlavə xərcləri də əhatə etdiyi üçün əslində ümumilikdə nə qədər xərcinizin çıxacağını göstərir. Bundan əlavə, ilkin ödəniş məbləğinə və kreditin müddətinə nəzər yetirmək vacibdir. Bəzən uzunmüddətli kreditlər aylıq ödənişi azaltsa da, ümumi ödəniş məbləğini artırır. Kredit götürməzdən əvvəl sığorta, ipoteka qeydiyyatı və digər xidmət haqlarının da müqavilədə yer alıb-almadığını yoxlamaq lazımdır. Müxtəlif bankların ipoteka təkliflərini müqayisə etmək üçün ipoteka kredit kalkulyatoru alətindən istifadə etmək tövsiyə olunur.
Özünüzü arzuladığınız daşınmaz əmlakla mükfatlandırın
İpoteka götürmək öz evinizə sahib olmaq, rahat nəfəs almaq, daha yaxşı yaşamaq, həmçinin daha təhlükəsiz gələcək deməkdir. Doğru şəkildə seçdiyiniz ipoteka krediti sizi illərlə kirayə yükündən qurtarıb, hər ay ödənilən vəsaiti öz mülkinizə çevirməyə imkan verir. Bu, həm də ailəniz üçün təhlükəsiz, daimi və hüzurlu məkan yaratmaq deməkdir. Maliyyə imkanlarınıza uyğun təklifləri araşdırın, güzəştli imkanlardan istifadə edin və banklarla aktiv şəkildə danışıqlar aparın. Bugünkü doğru qərarınızla gələcəkdəki ev-eşikli həyatınızın bünövrəsini qoyun!
Ən çox oxunan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür