Biznes krediti ilə bazarın ən güclü sahibkarına çevrilin!

Gündəlik həyatımızda müxtəlif xidmətlərdən yararlanırıq. Buraya adi alış-veriş vərdişlərimizdən tutmuş təhsilə, səyahətə və istirahətə qədər geniş çeşiddə seçimlər daxildir. Sevə-sevə istifadə etdiyimiz hər məhsul və xidmət isə müxtəlif bizneslər tərəfindən təklif olunur. Təsadüfi deyildir ki, əksər bizneslərin uğur sirrinin arxasında bazarda yaranan tələbi öz təkliflərinə çevirmələri dayanır. Nə qədər uğurlu bizneslər olsa da, bütün sahibkarlıq fəaliyyətləri üçün maliyyə çətinlikləri qaçınılmazdır. Bu zaman isə biznes krediti məhsulu ehtiyac olan pulu tapmağa və xərcləri qarşılamağa kömək edir.
Biznes krediti nedir?
Biznes kreditləri fiziki və hüquqi sahibkarlar üçün təklif olunan kredit məhsuludur. Sahibkarlar biznes fəaliyyəti zamanı qarşılaşdığı maliyyə çatışmazlıqlarını bu məhsul vasitəsilə aradan qaldıra və işləri öz qaydasına sala bilərlər. Beləliklə, bu kreditlər sahibkarlara fəaliyyətlərini genişləndirməyə, yeni avadanlıq almağa, xammal tədarük etməyə, işçi heyətini artırmağa və ya cari xərcləri qarşılamağa yardım edir. Sahibkarlıq formasından, növündən, fəaliyyət yerindən asılı olmayaraq, bütün sahibkarlar biznes krediti götürə bilər. Sahibkarların kredit müraciətindən sonra bank tərəfindən məlumatları dəyərləndirilir və onlara uyğun kredit məbləği və şərtləri təqdim olunur.
Biznes krediti kimlere verilir?
Fərdi sahibkarlar, kiçik, orta və iri sahibkarlıq subyektləri sahibkar krediti üçün müraciət edə bilər. Əsas məsələ fəaliyyətin rəsmi olması və gəlirlərə dair sənədlərin təqdim edilməsidir. Həmçinin digər vacib nüans banklardan asılı olaraq tələb edilən digər sənədlərin və öhdəliklərin təqdim edilməsidir.
Biznes krediti nece verilir?
Sahibkar krediti almaq üçün banklar müştərilərə uyğun ən optimal təklifləri təqdim edir. Belə ki, borcalanlara nağd biznes krediti, online biznes krediti, mikrobiznes krediti və s. kimi fərqli-fərqli məhsullar təklif olunur. Sahibkar olaraq sərfəli şərtləri dəyərləndirmək üçün ilk olaraq krediti əldə etmək məqsədinizi dəqiqləşdirmək önəmlidir. Məsələn, götürəcəyiniz krediti nağd formada xərcləyəcəksiniz, yoxsa onlayn; krediti qısamüddətli götürməyi düşünürsünüz, yoxsa uzunmüddətli. Sahibkarların kredit götürmək məqsədlərinə və istəklərinə uyğun olaraq sahibkar kreditləri təklif olunur.
Biznes krediti şərtləri necədir?
Krediti götürmək məqsədlərini dəqiqləşdirdikdən sonra növbədə sərfəli sahibkar krediti şərtləri tapmaq məsələsi gəlir. Ümumilikdə biznes kredit sertleri üzrə bütün sahibkarlardan şəxsiyyət vəsiqəsini, VÖEN məlumatlarını, bank əməliyyatı məlumatlarını və digər zəruri sənədləri təqdim etmələri tələb olunur. Digər tələblər isə kreditə görə dəyişir. Məsələn, girov, yaxud zamin tələb edilə bilər. Bundan başqa, asagi faizli biznes krediti əldə etmək üçün biznes krediti kalkulyator alətindən istifadə faydalıdır. Bu alət kredit faizini və ödənişlərini öncədən hesablamağınızı təmin edir.
Online biznes krediti almaq təhlükəlidir?
Online biznes krediti almaq bir çox sahibkarlar üçün riskli görünsə də, əslində bankların rəsmi veb-saytlarından və mobil tətbiqlərindən istifadə etmək təhlükəsizdir. Onlayn kreditlər sürətli və rahat maliyyə dəstəyi, həmçinin bəzən güzəştlər, endirimlər də təklif edilir. Lakin şübhəli saytlardan və qeyri-rəsmi təkliflərdən uzaq durmaq, məlumatlarınızı hər kəslə paylaşmamaq vacibdir. Unutmayın ki, rəsmi bank əməkdaşları və platformaları sizdən bank kartı məlumatlarınızı tələb etmir.
Sahibkarlığa gedən yol biznes kreditlərindən keçir
Kredit götürmək təkcə borc pul olmaqdan ibarət deyil. Bu həm də gündəlik xərcləri qarşılamaq, inkişafı dəstəkləmək, sürətli böyümək, yeni filial açmaq, təzə işçilər götürmək, gələcəyə investisiya yatırmaq deməkdir. Sahibkarlığın formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, rəsmi fəaliyyət göstərən hər bir sahibkar bu imkandan faydalana bilər. Odur ki biznes kredit götürmək sizə bugünkü imkanlarınızı böyütməyə, gələcəyin uğurlu biznesinə çevirməyə şərait yaradır. Sahibkar krediti ilə risklərinizi idarə edin, imkanlarınızı daha da genişləndirin. Elə indi doğru qərar verin və biznesinizin böyüməsi üçün ilk addımı atın!
Ən çox oxunan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür