Girov krediti: Üstünlükləri və Riskləri

girovla kredit

Son dövrlərdə banklardan kredit götürmək adi həyat ehtiyaclarından birinə çevrilib. Bunun səbəb kredit şərtlərinin əlçatan olması, həmçinin kredit götürməklə bağlı qorxulu miflərin aradan qalxmasıdır. Xüsusilə girovla kredit ən effektiv kredit məhsullarından biri kimi tanınır. Bəs girov krediti hansı üstünlüklər vəd edir? 

Girovla kredit nədir? 

Girov krediti borcalanlar və borcverənlər arasında təminatlı kredit növü kimi də tanınır. Beləliklə, borcalanlar ehtiyac olan pul vəsaitlərini əldə etmək üçün daşınmaz əmlaklarını banklara və ya digər maliyyə təşkilatlarına təminat (girov) olaraq təqdim edir. Daşınmaz əmlak kimi isə borcalanın öz adına və ya birinci dərəcəli qohumunun adına olan ev, mənzil, torpaq sahəsi və digər əmlak növləri təqdim edilə bilər.

Girovla kreditin üstünlükləri

Girovla kredit götürmək borcalana daha yüksək məbləğdə və uzunmüddətli maliyyə dəstəyi əldə etmək imkanı yaradır. Kredit girovla əldə olunduğu üçün banklardan asılı olaraq daha aşağı faiz dərəcələri ilə təklif edilə bilər. Kredit məbləği girov qoyulan əmlakın dəyərinə uyğun müəyyən edildiyi üçün böyük investisiyalar əldə etmək mümkündür. Girov krediti biznesinizi böyütmək, yeni daşınmaz əmlak əldə etmək və ya digər böyük planlarınız üçün mükəmməl maliyyə mənbəyidir.

Ev girovu ilə kredit götürmək

Ev girovu ile kredit götürmək üçün banka, yaxud Bank Olmayan Kredit Təşkilatlarına üz tuta bilərsiniz. Adətən evi girov qoymaq kredit götürmək üçün, xüsusilə uzunmüddətli və istədiyiniz məbləğlərdə kredit əldə etmək üçün ideal seçimlərdəndir. Ancaq girov qoyulan evin bazar dəyəri kredit məbləğinin müəyyən edilməsində əsas rol oynayır. Kredit faizi və şərtləri banklardan asılı olaraq dəyişə bilər. Ev girov krediti üçün borcalanın sabit gəlirinin və yaxşı kredit tarixçəsinin olması vacibdir. Çünki bəzi banklarda girov krediti sifarişi zamanı müştəridən rəsmi gəlir mənbəyi də tələb edilə bilir.

Torpaq girovu ile kredit götürmək

Torpaq girovu ilə kredit borcalanların maliyyə ehtiyaclarını qarşılamaq üçün ən çox üz tutduğu məhsullardan biridir. Adətən böyük məbləğlərdə və uzunmüddətə kredit götürmək istəyənlər torpaq girovlu kredit əldə etməyə üstünlük verir. Banklar üçün girovla kredit daha az risk daşıdığı üçün bu kimi kredit sifarişlərində müştərinin müraciət etdiyi kredit məbləğinə və zamanına uyğun kredit ayrılır. Həmçinin müştərinin təqdim etdiyi torpaq ərazisinin yerləşdiyi yer, sahəsi, cari bazar qiyməti və digər nüanslar da burada böyük rol oynayır. Faizlər və ümumi şərtlər borcverən şirkətə uyğun dəyişir. 

Girovla kredit götürmək risklidirmi?

Həyatımız boyunca istənilən mövzu üzrə risklər qaçınılmazdır. Kredit götürmək mövzusundan, xüsusilə girov krediti haqqında danışırıqsa, burada əsas faktor riskləri sıfıra yaxınlaşdırmaqdır. Bəs necə? Ev girovu ile kredit torpaq girovu ile kredit götürmək üçün daşınmaz əmlakınızın hazırkı və gələcəkdə gözlənilən bazar dəyəri barədə ilkin hesablamalar aparın. Müxtəlif bankların kredit şərtlərini və faizlərini diqqətlə araşdırın. Kredit məbləğini ehtiyaclarınıza və ödəmək qabiliyyətinizə uyğun təyin etməyə çalışın. Ümumilikdə girov krediti sifarisi zamanı öncədən kredit planı hazırlamaq risklərinizi aradan qaldırar.

Girov krediti kalkulyatoru

Girovla kredit məbləği, müddəti və ümumi şərtləri digərləri ilə müqayisədə daha geniş olduğu üçün burada hesablamalar aparmaq vacibdir. Bu zaman banklar girov kredit kalkulyatoru vasitəsilə müştərilərinin köməyinə çatır. Bu maliyyə aləti vasitəsilə kredit məbləği və müddəti daxil edildikdə, həm faiz dərəcəsi, həm də ilkin ödəniş və ümumi kredit məbləği barədə məlumat əldə etmək mümkündür. Nəticədə borcalan və borcverən əlavə vaxt itirmir.

Sonluq

Girov krediti yeni hədəflərə doğru addım atmaq, böyük biznes planlarını həyata keçirmək və ümumilikdə maliyyə ehtiyaclarını qarşılamaq üçün etibarlı və ideal məhsuldur. Üstünlüklərindən yararlanaraq hədəflərə çata və gəlirlərinizi daha da artıra bilərsiniz. Unutmayın ki, kredit götürməzdən əvvəl şərtləri diqqətlə araşdırmaq, gələcək maliyyə imkanlarını dəyərləndirmək və riskləri nəzərə almaq vacibdir.


İstehlak krediti
  • 1

    Onlayn sifariş formasını doldur

  • 2

    Təsdiq al

  • 3

    Krediti götür

Kredit sifarişi

Kredit məbləği

AZN

Müddət

calc.month

Faiz dərəcəsi

%

Aylıq ödəniş


"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.