Kredit kartı seçərkən hansı banka üstünlük verməli?

Təsəvvür edin ki, sadəcə bir bank kartınız var. Həmin kartla istədiyiniz qədər alış-veriş edə, səyahət planlaya və bütün xərclərinizi qarşılaya bilərsiniz. Yaxud biznesiniz üçün işləri qaydaya sala bilərsiniz. Üstəlik kartınız sizə xərclədiyiniz pulları az-az geri qaytarmağa şans yaradır. Planlarınız yarımçıq, gözünüz isə ala bilmədiyiniz hər hansısa ətirdə, mebeldə, paltarda, aksesuarlarda və s. qalmır. Aldıqca alıb, xərclədikcə xərcləyirsiniz. Söhbət bankların təqdim etdiyi kredit kartlarından gedir.
Ən yaxşı kredit kartları – Hansı bankı seçməli?
Kredit kartlari alış-veriş məqsədlərindən tutmuş biznes planlarına qədər istifadə olunan çoxməqsədli ödəniş vasitəsidir. Kredit kartı almaq təcili xərclər yarandıqda, iri məbləğli pula ehtiyac olduqda, böyük endirim kampaniyalarını qaçırtmamaq istədikdə, həmçinin bu və oxşar situasiyalarda işləri daha da asanlaşdırır. Sözügedən məhsulu doğrudan da cibimizin yardımçı dostu adlandıra bilərik. Kredit karti sifarisi edərkən düzgün bank seçimi, daha doğrusu düzgün məhsulu seçmək vacibdir. Krediti götürmək məqsədlərini öncə dəqiqləşdirmək lazımdır. Hansı ki, adətən kredit məqsədlərinə uyğun məbləğ seçmək məqsədəuyğundur. Həmçinin bunun sayəsində müxtəlif bonuslar və keşbeklər qazanmaq olar. Adətən banklarin kredit faizleri və ümumi şərtləri də buna əsasən tənzimlənə bilir. Bu zaman serfeli kredit kartlari əldə etmiş olursunuz.
Faizsiz kredit kartlari əldə emək yolları
Hər kəsin arzusunda olduğu faizsiz kartların əsas üstünlüyü borcalanın banka daha az pul ödəməsidir. Çünki bildiyiniz kimi krediti nağd yaxud kartla götürməyinizdən asılı olmayaraq, borcverən şirkətə əlavə faiz ödəyirsiniz. Bankların taksit kartları isə adətən faizsiz təqdim olunur. Bu isə mağazalarda ödəniş edərkən bütöv məbləği aylar üzrə bölməyə və həmin məbləği əlavə faizsiz geri ödəməyə imkan verir. Odur ki taksit kartı kimi istifadə oluna bilinən bank kartlarını əldə etməyiniz tövsiyə olunur. Bir çox yerli bank faizsiz taksit kartları təklif edir. Məsələn, Yelobank-ın taksit kartı müştərilər üçün 24 aya qədər əlavə faizsiz və komissiyasız alış-veriş imkanı yaradır. Bankların rəsmi saytlarına daxil olaraq və ya filiallarına gedərək kart üçün müraciət edə bilərsiniz.
Kredit kartı sifarişi necə həyata keçirilir?
Kredit karti sifarisi bankların veb-saytları və mobil tətbiqləri vasitəsilə həyata keçirilir. Həmçinin bankların filiallarına yaxınlaşaraq da əldə etmək olar. Online kredit sifarisi ilə vaxtınıza qənaət edə və əlavə xərclərdən qurtula bilərsiniz. Həmçinin bəzən bu zaman müştərilərə əlavə güzəştlər və imkanlar tətbiq edilir. Hazırda bir çox bank müştərilərinə sürətli təsdiq və pulsuz çatdırılma imkanı yaradır. İmkanlardan yararlanın və hədəflərinizə daha sürətli çatın.
Kredit kartından istifadə zamanı nələrə diqqət edilməlidir?
İlk olaraq qeyd edək ki, məqsədinizə uyğun məhsulu seçməyiniz vacibdir. Kredit götürərkən faiz dərəcələri, şərtləri, cərimə həddi, güzəşt müddətləri ilə diqqətli tanış olun. Əgər sizə nağd pul lazımdırsa, kredit kartı almaq faydalı olmaz. Çünki əlavə komissiya və faiz tutula bilər. Daha sonra kartdan yalnız sizə lazım olduğu qədər istifadə etmək və borcunuzu vaxtında ödəmək məqsədəuyğun olar. Kart məlumatlarınızı heç kimlə paylaşmayın və internetdə alış-veriş edərkən yalnız etibarlı saytlardan istifadə edin.
Kartınızla kredit tarixçənizi yaxşılaşdırın!
Kredit kartlarını gələcək hədəflərinizə çatmaq üçün bir vasitə olaraq da düşünə bilərsiniz. Belə ki, borcalanalar adətən aylıq ödənişləri daha az məbləğdə olan, yaxud ödəmək qabiliyətlərinə uyğun məbləğdə kredit kartı sifariş edir. Vaxtlı-vaxtında borcları ödəyərək daha yüksək məbləğlərdə olan kreditlərə çıxış imkanı qazanır. Bununla müsbət tarixçə yaratmaq və sadiq müştərilər üçün tətbiq edilən güzəştlərdən yararlanmaq olar. Məsələn, biznes qurmaq ideyanız varsa, yaxud hazırda biznes sahibisinizsə, sizin üçün daha çox pul lazım ola bilər. Bu zaman isə bankdan kredit götürmək daha çox qazanmağınıza köməklik edəcək.
Ən çox oxunan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür