Yığım əmanəti ilə pulunuzdan hər gün pul qazanın!

yigim emaneti

İnsanların əksəriyyəti aylıq xərclərini planlı şəkildə həyata keçirir. Ev ehtiyacları, əyləncə, xüsusi alış-veriş kimi xərclərə müəyyən limitlər təyin edir. Çünki bir çoxumuz xərclərimizdən əlavə kənara pul qoymağı sevirik. Bu gələcək planlar, yay səyahətləri, çatmaq istədiyimiz bir çox hədəflər üçün vacib rol oynayır. Çünki pulsuz hərəkət etmək sözün əsl mənasında çətindir. Bəs sizcə, ötən ilin bu ayı ilə müqayisədə bu il kənara nə qədər fərqlə pul qoya bilmisiniz? Cavabı düşünməzdən öncə bilməyinizdə fayda var ki, yığım əmanəti ilə kənara qoyduğunuz pullar hətta dünən balansınızda olan pulun üstünə də pul gətirir. O ki qaldı ötən ilə kobud dillə desək, pulunuz hazırda 365 gün daha çox ola bilərdi. Gəlin daha detallı tanış olaq.

Yığım əmanəti nədir?

Yigim emaneti adından da bəlli olduğu kimi, pul yığmaq məqsədilə banka əmanət edilən pul vəsaitlərinin ümumiləşdirilmiş adıdır. Yəni, siz əlinizdə olan pulu əmanət (depozit) şəklində banka qoyursunuz və bank bunu sizin üçün daha təhlükəsiz və etibarlı şəkildə saxlayır. Siz isə istədiyiniz zaman bu pulları gəlib geri götürə bilərsiniz. Əgər düşünürsünüzsə ki, bəs pulu evimdə, bank kartımda saxlaya bilərəm. Burada üstünlük odur ki, banka qoyduğunuz yığım depoziti sizə əlavə faiz gəlirləri qazandırır. Yəni, nə qədər pul qoysanız, ona uyğun üzərinə əlavə pul gələcək. Məsələn, əgər banka illik 10%-lə 5.000 AZN məbləğində yigim depoziti yerləşdirmisinizsə, bir ildən sonra ümumi pulunuz 5500 AZN olacaq.

Yigim emaneti üzrə gəlir necə hesablanır?

Faiz gəlirləri əmanətinizin məbləğinə, zamanla üzərinə etdiyiniz əlavə məbləğlərə və hansı müddətə qədər yerləşdirməyinizə uyğun hesablanır. Bu faizlər adətən illik olaraq göstərilir, lakin hesablanma prosesi aylıq və ya rüblük ola bilər. Müddətsiz seçdikdə əmanətinizi nə zaman istəsəniz geri götürə bilərsiniz. Ancaq bu əmanət növündə faiz gəlirlərinin dərəcəsi aşağı olur. Adətən 18 aylıq və 24 aylıq müddət seçmək daha qazanclı hesab olunur. Bu zaman əmanət gəlirləriniz vergidən azad olmuş olur və müddətin sonunda götürəcəyiniz üçün depozitin faizi də yüksək olur. Bundan başqa, faiz gəlirləri növbəti dövrlərdə əsas məbləğə əlavə olunursa, gəliriniz zamanla daha sürətlə artır. Banka əmanət yerləşdirərkən bank əməkdaşları ilə bu kimi nüansları dəqiqləşdirməyiniz və sizin üçün ən sərfəli üsulu seçməyiniz faydalıdır.

Əmanət hesabı açmaq üçün minimum məbləğ nə qədər olmalıdır?

Yığım əmanəti hesabı açmaq üçün tələb olunan minimum məbləğ bankların təkliflərinə görə dəyişir. Ölkəmizdə bir manatdan başlayaraq müxtəlif məbləğlərdə fərqli banklarda depozit yerləşdirmək mümkündür. Burada əsas məsələ məbləğin həcmi nə qədər yüksəkdirsə, faiz gəlirləriniz də bir o qədər çox olmasıdır. Təbii ki büdcənizə zərər vermədən nə qədər məbləğdə depozit yerləşdirə bilirsinizsə, həmin məbləğdən başlaya və zaman keçdikcə əmanət balansınızı artıra bilərsiniz.

Yigim emaneti üzrə banka pul qoymaq prosesi necədir?

İlk olaraq ən yüksək əmanət faizi təklif edən bankı seçməyiniz tövsiyə olunur. Bu barədə ən sürətli şəkildə bankların sosial media hesablarında məlumat tapa bilərsiniz. Daha sonra şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə bankın filialına yaxınlaşa, həmçinin bankın veb-saytı və mobil tətbiqi vasitəsilə onlayn əmanət hesabı aça bilərsiniz. Hesab açarkən əmanət məbləğini, müddətini və əlavə ödənişlərin tezliyini müəyyənləşdirirsiniz. Əmanət hesabı açıldıqdan sonra seçdiyiniz məbləği banka yatırırsınız və bankın mobil tətbiqindən əmanətiniz üzrə hesablanacaq faiz gəlirlərini, həmçinin ümumilikdə statusu izləyə bilərsiniz. 

Banka pul qoymaqla gələcəyinizə qazandıran yatırım edin!

Banka pul qoymaq üçün yuxarıda üstünlüklərdən və sizə qazandıracaq məqamlardan danışdıq. Əgər hələ də ağlınızda sizi maraqlandıran suallar qalıbsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bundan başqa, qeyd edək ki, hazırda 100 000 AZN məbləğinə qədər olan bütün əmanətlər 100% həcmində olmaqla Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bank iflas olarsa, yaxud digər hallarda bu həcmə qədər bütün əmanətlərinizi tam şəkildə geri ala bilərsiniz. Yığım əmanəti ilə pulunuzu daha təhlükəsiz şəkildə saxlayın və qazandıqca qazanın.


İstehlak krediti
  • 1

    Onlayn sifariş formasını doldur

  • 2

    Təsdiq al

  • 3

    Krediti götür

Kredit sifarişi

Kredit məbləği

AZN

Müddət

calc.month

Faiz dərəcəsi

%

Aylıq ödəniş


"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.