Lombard krediti ilə qiymətli əşyalarınızdan pul qazanın!

lombard krediti

Həyatda elə anlar olur ki, gözlənilməz xərclər qapını döyür, bəzən də sadəcə hədəflərinizə daha tez çatmaq üçün əlavə dəstəyə ehtiyac duyursunuz. Məhz belə vaxtlarda, əlinizdə olan dəyərli bir əşya sizə maddi çətinliklərin öhdəsindən gəlməyə fürsət yarada bilər. Lombard kreditləri də həm sadə, həm də sürətli həll yolu kimi bu kimi ehtiyacları qarşılamaq üçün nəzərdə tutulub. 

Lombard kredit nədir?

Lombard, lombard qizil krediti, lombarda qızıl qoymaq, lombard krediti günümüzdə tez-tez qarşılaşdığımız ifadələrdəndir. Lombardlar ayrılıqda borcalanlar üçün daha asan, sürətli və daha az sənəd tələbi ilə kredit götürməyə imkan yaradan maliyyə təşkilatlarıdır. Eyni zamanda banklarda da lombard kreditləri mövcuddur ki, burada da kreditin götürülmə şərtləri demək olar ki, lombardlarla eynidir. Kreditin götürülməsi qiymətli əşyaların, avadanlıqların, cihazların və borcalana məxsus bazar dəyəri yüksək olan digər vasitələrin girov olaraq qoyulması hesabına həyata keçirilir. Krediti vaxtlı-vaxtında ödəyib tamamladıqdan sonra girov qoyduğunuz əşyalar müştəriyə geri qaytarılır. Əks halda müştərinin girov mülkü kreditinin bağlanması üçün borcverən şirkət tərəfindən satışa çıxarılır. 

Lombard krediti götürmək üçün nə girov qoymaq olar?

Borcalanlar arasında əsasən qizil lombard kreditləri üçün ən geniş yayılmış girov növü kimi tanınır. Əgər qızıl-zinət əşyalarınız varsa, demək olar bütün lombardlarda və banklarda lombard qizil krediti götürərək işlərinizi rahatlıqla həll edə bilərsiniz. Ancaq bir çox lombardların filiallarında və banklarda digər zinət əşyaları, texnoloji avadanlıqlar, avtomobil, dəyərli saatlar, qiymətli sənədlər və səhmlər və s. kimi qiymətli əşya və mülklər girov kimi qəbul edilə bilər. 

Lombard kredit ilə nə qədər borc pul götürmək olar?

Lombard krediti almaq üçün banklar və ya lombard şirkətləri tərəfindən ilk olaraq girovun qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə nəticəsində borcalana uyğun məbləğ təklif olunur və bu məbləğ qısa müddətdə nağd, yaxud hesaba köçürülmə şəklində təqdim edilir. Müştərinin əldə etmək istədiyi kreditin məbləği təqdim olunan girovun bazar dəyərindən asılıdır. Adətən bu dəyərin 60-80%-i qədər borc almaq mümkündür. Məsələn, əgər borcalan 1 000 AZN dəyərində qızıl təqdim edirsə, bu zaman o təxminən 600-800 AZN aralığında kredit əldə edə bilər.

Ən yüksək dəyərli lombard kreditləri harada olur?

Ən yüksək məbləğdə, həmçinin aşağı faizli lombard krediti tapmaq üçün ilk olaraq müxtəlif bank və lombard təşkilatlarının rəsmi saytlarını, sosial media hesablarını, əgər varsa, mobil tətbiqlərini ziyarət etməyiniz faydalıdır. Çünki hər şeydən öncə kredit şərtləri ilə tanış olmaq məqsədəuyğundur.  Bu mənbələrdə maksimum kredit məbləği, faiz dərəcəsi və girov dəyərləndirmə qaydaları açıq şəkildə qeyd edilir. Eyni zamanda işlərinizi ikiqat asanlaşdıracaq lombard krediti kalkulyatoru aləti ilə götürmək istədiyiniz kreditin məbləğinə uyğun faiz dərəcəsini, aylıq ödənişləri öncədən hesablaya bilərsiniz. Məsələn, nə qədər kredit götürsəniz, büdcəniz və işləriniz üçün daha yaxşı ola biləcəyini bu kalkulyator vasitəsilə hesablayıb daha sonra krediti sifariş edə bilərsiniz. 

Lombard krediti ilə qızıl-qızıldan dəyərlidir!

Həyatınıza yeni səhifə açmaq istəyəndə, arzuladığınız əşya və avadanlıqları almaq istəyəndə, ya da çətin anların öhdəsindən gəlmək istəyəndə lombard qizil krediti və ümumilikdə lombard krediti qısamüddətli maliyyə ehtiyaclarınızı asan və sürətli şəkildə qarşılamaq üçün ən ideal təkliflərdəndir. Çünki uzun-uzadı proseslərdən keçmirsiniz, çoxlu sənədlər toplamırsınız və hətta onlayn sifarişlər sayəsində növbələrdə də gözləmirsiniz. Krediti vaxtlı-vaxtında ödəyib bitirdikdən sonra girov qoyduğunuz dəyərli mülkləriniz də özünüzə qayıdır. Bu, bir növ əlinizdə olan dəyəri daha böyük dəyərə çevirməkdir. Odur ki dəyərli əşyalarınızı səmərəli şəkildə qiymətləndirin, müxtəlif təklifləri müqayisə edin və ən uyğun şərtlərlə hədəflərinizə çatın. 


Onlayn kredit forması

"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.