Taksit kartı nədir? Üstünlükləri, İstifadə forması

taksit karti

Günümüzdə maddi səviyyədən asılı olmayaraq əksəriyyətimiz həyatımızda bir dəfə də olsa, müxtəlif kredit növündən istifadə etmişik. Maddi xərclərin idarə olunması baxımdan kreditlər işlərimizi olduqca asanlaşdırır. Eyni zamanda, televizorda, sosial media kanallarında, reklam lövhələrində “İndi al, hissə-hissə ödə”, “Az-az ödə, istədiyin hər şeyi faizsiz al” kimi ifadələr eşidir və ya görürük. Bu kimi məlumatlar daha çox kredit kartları və ya taksit kartları barəsində olur. Taksit anlayışı adətən kreditin bir növü kimi qəbul edilir. Dünyada taksit kart istifadəçilərinin sayı milyonlarla ölçülür. Taksit kartları maliyyə xərclərinin idarə olunması üçün əlverişli imkanlar yaradır. 

Taksit kartı nədir?

Taksit kartı bank və ya maliyyə təşkilatları tərəfindən təqdim edilən kredit məhsullarından biridir. Taksit kartları borcalanlara alış-veriş zamanı xərcləri müəyyən müddətə və bərabər hissələrə bölərək geri ödəməyə imkan verir. Bu kartın əsas üstünlüyü istifadəçilərin böyük rəqəmli xərclərini istədikləri zaman müddətində və kiçik məbləğlərdə geri ödəməsini təmin etməsidir. Taksit karti plastik şəkildə və ya rəqəmsal taksit kartı olaraq təqdim oluna bilər. 

Taksit kart ilə ödəniş etməyin üstünlüyü nədir?

Alış-veriş zamanı taksit kartlari ilə ümumi məbləğin bütöv ödənişi həyata keçirilir. Daha sonra ödəniş həyata keçirilən mağaza, restoran, əyləncə mərkəzi və ya digər obyekt həmin ümumi məbləği müştərinin istəyinə uyğun zaman müddətinə bölür. Adətən bu müddət minimum olaraq 3 aydan başlayır və 30 aya qədər davam edir. Taksit kartları üzrə minimum və maksimum ödəniş müddəti müvafiq kartı təqdim edən maliyyə təşkilatı və satıcı arasında razılaşdırılmış şərtlərə əsasən təyin olunur. Kredit kartlarından fərqli olaraq demək olar ki, əksər hallarda Azərbaycanda taksit kartları ilə ödənişlər faizsiz şəkildə həyata keçirilir. Borcalan isə aybaay müddətin sonuna qədər bərabər hissələrlə təyin olunan məbləği geri ödəyir. 

Taksit karti sifarisi zamanı nəyə diqqət etmək lazımdır?

Taksit kartı sifarişi üçün ilkin mərhələdə taksit kartı təklif edən banklar və ya digər maliyyə təşkilatları arasında araşdırma aparmaq lazımdır. Bu nüans sərfəli taksit kartı əldə etmək üçün önəmlidir. Borcalanın arzuladığı məbləğə, büdcəsinə, həmçinin istifadə məqsədinə uyğun taksit kartını əldə etməsi faydalı olacaqdır. Məsələn, bəzi banklar müştərilərə taksit kartları ilə alış-veriş zamanı müxtəlif keşbeklər və bonuslar qazanmaq fürsəti təqdim edir. Eyni zamanda, geri ödənişlər üçün güzəşt müddəti əksər bankların taksit kartlarında 60 günədək müddət olsa da, bəzilərində bu müddət 70 günədəkdir (Məs. “Yelo bank” taksit kartları). Bankların təklif etdiyi taksit kartının ödənişləri neçə aya bölməsi məsələsi də ondan istifadə ilə bağlı qərar verməyinizə kömək olacaqdır. Bundan başqa, ödənişlər fors-major hallarda gecikərsə, taksit kartlarının cərimə məbləğini müqayisə edərək də qərar vermək faydalı olar. 

Taksit kartı sifarişi necə həyata keçirilir?

Taksit kartı almaq üçün bankların filiallarına yaxınlaşaraq müraciət etmək mümkündür. Həmçinin, onlayn taksit kartı sifarişi edərək işləri daha da sürətləndirmək olar. Bankların veb saytlarına və ya mobil tətbiqinə daxil olaraq taksit kartı sifarisi bölməsinə keçmək, ekranda çıxan müvafiq sifariş formasını doldurmaq kifayətdir. Müraciət zamanı borcalandan ad, soyad, şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri, gəlir mənbəyi kimi məlumatlar tələb olunur. Növbəti mərhələdə borcalanın təqdim etdiyi məlumatlar əsasında bank əməkdaşları müştərinin taksit kart sorğusunu qiymətləndirir və onunla geri əlaqə saxlayaraq məlumat verir. 

Sonluq

Taksit kartları böyük məbləğli alış-verişlər, təcili xərclər və ya ümumilikdə xərclərin idarə olunması zamanı ödənişləri həyata keçirmək üçün işləri asanlaşdıran büdcə dostudur. Hazırkı vəziyyətdə daha çox pul xərcləmədən arzuladığınız paltarı, kosmetik vasitələri, telefonu, kompüteri, oyun konsulunu, tibbi xidmətləri və ya digər məhsul və xidmətləri asanlıqla əldə etmək mümkündür. Beləliklə, az-az ödəyərək, arzuladığınız çox şeyə sahib ola bilərsiniz.

 


Debet kart forması

"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.